Rəsmi Bakı Avropa Birliyi ilə viza rejimini sadələşdirir

Azərbaycan Respublikası ilə Avropa Birliyi arasında viza sadələşdirilməsi və riadmisiya haqqında anlaşma noyabrın 29-da imzalanacaq. Rəsmi məlumata görə, bu anlaşma imkan verəcək ki, Azərbaycan Respublikası vətəndaşları daha sadə şərtlər ilə Şengen viza alıb Avropaya səfər etsinlər.
Eyni zamanda viza haqları 60 avrodan 30 avroyadək endiriləcək, vizanın verilməsi üçün tələb edilən günlərin sayında da azalma olacaq. Azərbaycan vətəndaşları bu anlaşmadan sonra 5 ilədək uzun müddətli Şengen vizası almaq hüququna malik olacaq. Müəyyən kateqoriya, o cümlədən dövlət qulluqçuları üçün Avropaya vizasız səyahət imkanları veriləcək.
Rəsmi Bakı eyni prossesi sionist rejim İsrail ilə də tətbiq edir.
Bu belə bir haldadır ki, keçən il rəsmi Bakı qonşu və qardaş İran İslam Respublikası ilə mövcud olan viza anlaçmasını birtətərfli qaydada ləğv etdi.
70 illik sovet siystemində də çalışılmışdır ki, müsəlman Azərbaycan Respublikası xalqının İran ilə təmasları qırılıb, ruslar və ermənilər ilə möhkəmlənsin. Ancaq SSRİ dağılan dönəmdə müsəlman xalq birinci İran ilə sərhədləri söküb İrana üz tutdu.
Səhər TV