Xəbərlər

Rusiya İrana qarşı birtərəfli sanksiyaların ləğvini istəyib

Rusiya xarici işlər nazirinin müavini və bu ölkənin nüvə müzakirələrindəki baş müzakirəçisi- Sergey Ryabkov qərb ölkələrinin İran barədə olan birtərəfli sanksiyalarının ləğv edilməsini istəyib.

ITAR-TASS-ın məlumatına görə, Ryabkov müxbirlər qarşısında deyib: Bu sahədə izlədiyimiz prinsip, Rusiya prezidentinin İranın nüvə proqramına beynəlxalq nəzarətlə bu ölkənin uran saflaşdırması üzrə haqqının qəbul edilməsinə dair təklifi ilə yanaşıdır.
Rusiya xarici işlər nazirinin müavini əlavə edib: Belə bir razılığın əldə ediləcəyi halda, İran barədə olan bütün sanksiyalar ləğv olunmalıdır.
Ryabkov deyib: Rusiya prezidentinin İranın nüvə proqramı haqdakı bu təklifi bu ölkə ilə müzakirələr gedişində Moskvanın məntiqinin irəliləyişini göstərir.
Rusiyanın nüvə müzakirələrindəki baş müzakirəçisi həmçinin deyib ki, ölkəsi İran ilə 5+1 qrupu arasındakı müzakirə prosesinin sürətlənməsi və Cenevrə iclasının müştərək yekun bəyanatını alqışlayır.

sahartv

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button