ArxivXəbər lentiXəbərlər
Lənkəranda üç böüyk dini şəxsiyyətin qəbir daşı yoxa çıxıb

Azərbaycan Respublikasının cənubunda yerləşən Lənkəran şəhərindəki Seyid Xəlifə ziyarətgahında yerləşən Həzrət Əli(ə) qədəmgahının daşı, eləcə də üç böüyk dini şəxsiyyətin qəbir daşı yoxa çıxıb.
Azərbaycan Respublikasında politoloq Zəhirəddin İbrahimov İranın TeleRadio Təşkilatının sərhədaşırı talış radiosu ilə müsahibədə bu xəbəri təsdiq edərək, deyib: Bu cür hərəkətlər xalqın dini fərizələri yerinə yetirmək üzrə əzminə heç bir xələl gətirməyəcək.
Bu azəri ekspert söyləyib: Azərbaycan Respublikasının cənubunda yerləşən talış sakinli məntəqələr Əhli-Beyt(ə) vurğunlarından sayılırlar ki, hətta SSRİ dövründə və son dərəcə ağır şəraitdə belə, öz dini və məzhəbi mərasimlərini keçirirdilər.