Rusiyadan İlham Əliyevə açıq dəstək!

Dağıstan prezidenti Azərbaycanda yaşayan Dağıstan xalqlarının nümayəndəsi olan Azərbaycan vətəndaşlarını seçkidə aktiv iştiraka və İlham Əliyevə səs verməyə çağırıb.
Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipov Azərbaycanda yaşayan Dağıstan xalqlarına müraciətində bildirib : “10 ildən çoxdur ki, Azərbaycan Respublikasına müdrik dövlət xadimi İlham Əliyev rəhbərlik edir. O, təkcə Azərbaycanda deyil, Rusiya ictimaiyyətində də böyük nüfuz sahibidir.”
Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipov Moskvada yaranan Rusiya Azərbaycanlılar Təşkilatının (“Milyarderlər İttifaqı”) rəhbərliyinə daxil olan şəxslərdəndir. Onun bu qurumun prezidenti olan baş nazirin sabiq 1-ci müavini Abbas Abbasovla möhkəm dostluq əlaqələri var.
Bu qurum isə Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfərindən öncə rəsmi Bakıya qarşı sərt ittihamları ilə tanınırdı. Bu səfərdə rəsmi Bakı Moskva ilə nəhəng müqavilələr bağlayıb.
sahartv