ArxivXəbər lentiXəbərlər
Xəzər dənizində Fövqəladə Hallar Mərkəzi yaradılacaq

qafqaz.az-ın “Mehr” agentliyinə istinadən verdiyi xəbərə görə, İran Daxili İşlər Naziri Əbdürrıza Rəhmani və Rusiya Fövqəladə Hallar Naziri Vladimir Puşkov Xəzər dənizində Fövqəladə Hallar Mərkəzi yaratmağı qərara alıblar.
İranın Narkotiklərlə Mübarizə İdarəsinin rəhbəri və İran Daxili İşlər Naziri Əbdürrıza Rəhmani rusiyalı həmkarı Vladimir Puşkovla görüşündə Xəzər dənizi sahili boyu fövqəladə hallar məntəqələrinin qurulması qərarına gəliblər.
İranlı nazir bu qərarı Xəzərsahili ölkələrin 5-inin də qəbul etdiyini bildirib. O deyib ki, bu mərkəzlər dənizin kirləndirilməsi, gözlənilməz vəziyyətlər və bu kimi durumlarda faydalı olacaq.