İranlı rejissor Məcid Məcidinin çəkdiyi “Günəş” filmi Beynəlxalq Oskar Mükafatına layiq filmlərin siyahısının ilk onluğunda yer alıb.
Qafqaz.ir xəbər verir, “Variety” jurnalı 2021-ci ilin beynəlxalq Oskar Mükafatını almaq üçün şansı ən yüksək olan filmlərin siyahısını dərc edərək, iranlı rejissor Məcid Məcidinin çəkdiyi “Günəş” filminin adını 8-ci pillədə qərarlaşdırıb.
Məcid Məcidi bundan əvvəl də Oskar mükafatı üçün namizəd olan ilk iranlı rejissordur.
Onun “Səma uşaqları” filmi 1998-ci ildə ən yaxşı xarici dilli film üzrə Oskar mükafatına layiq görülən beş finalçıdan biri idi.
Akademiya və ya Oskar mükafatları dünyanın kino sənayesinin ən yaxşı əsərlərinə verilir.