Xəbərlər

Sabah Prezident Administrasiyasına yürüş olacaq

Şəhid Milli Qəhrəman ailəsi prezident İlham Əliyevdən kömək istəyəcək

Ağcabədi rayonunun Avşar kəndindən şikayət daxil olub. Kənd sakini Abdullayev İqbal Vahid oğlu bildirir ki, ötən ilin dekabrın 30-da 20 nəfər adam evlərinə silahlı basqın edib:
“Biz şəhid ailəsiyik və şəhid qardaşım Milli Qəhrəmandır. Ailəmizə olan hücumdan sonra daha bir qardaşımı itirdim. Yəni bir ailə üzvümüz də “Makarov”dan atılan 3 xain güllə ilə dünyasını dəyişdi. Anamı- Milli Qəhrəman anasını da bərk döyüblər, bu günədək hələ də müalicə altındadır, həm ağrılardan, həm şokdan hələ də özünə gəlməyib.”
İqbal Abdullayev bildirir ki, hadisəyə səbəb Zahir Baxşəliyevin qızı il qardaşı nişanlı olsalar da sonradan qız tərəfin nişanı geri qaytarması olub: “Mənim balaca qardaşım hücum edənlərin birinin qızı ilə nişanlı olub, ancaq onlar özləri nişanı qaytarıblar. Qızın adına söz çıxmışdı ki, guya nişanlı ola-ola kiminləsə telefonla danışırmış. Sonra bizə məlum oldu ki, bu informasiya yanlışdır, qız yox, onun əmisi qızı bu qızın adından danışıb ki, qız mənim qardaşıma ərə getməsin.Onlar da bizi günahlandırıblar ki, guya qız barədə söz çıxarmışıq.”
İ. Abdullayev ailələrinə üz vermiş faciəyə görə icra başçısı Şahin Məmmədovu itiham edir: “Rayon rəhbərliyinin tapşırığı ilə Ağcabədi prokurorluğu da işə səthi yanaşır. Biz bu günki günədək bilmirik ki, evimizə edilən basqının gerçək səbəbi nədir.Biz Respublika Prokurorluğunda da olduq, israrlı xahişimizə baxmayaraq Zakir Qaralovla görüşə bilmədik, sadəcə zona prokuroru Sədrəddin müəllim bizi qəbul elədi. Ağcabədi prokuroru Salman Səmədov məzuniyyətdə olduğundan onu Ərəstun Quliyev əvəz edir, o da başçının tapşırığı ilə hərəkət etmək zorunda qalıb. Şahin Məmmədov gedib oturub Dubayda, ordan icra başçısının müavini Rövşən Əhmədova tapşırıb ki, bu iş mümkün qədər ört-basdır edilsin. Çünki o hadisədən 5 gün əvvəl mərhum Qarabağ qazisi Zaur Həsənov özünü yandırmışdı, ona görə də Prezident Administrasiyasından bütün icra başçılarına xəbərdarlıq edilmişdi ki, rayonlarda münaqişə və ağır hadisə baş verməməsi üçün tədbirlər görülsün.”
İqbal Abdullayev bildirdi ki, bazar erəsi 50 nəfər qohum-əqrəbası və kənd ağsaqqallları Bakıya prezident İlham Əliyevin qəbuluna gələcəklər, bu qətlin batırılmasına öz eirazlarını bildirəcəklər: “Qardaşımı döyən və qətlə yetirən ortada, bütün kənd camaatının gözü qarşısında baş vermiş hadisə ola-ola qətli bir narkomanon boynuna qoyublar. Biz bu haqsızlıqla barışan deyilik. Bəlkə bunlar istəyir ki, biz də özümüzü yandıraq, ondan sonra tədbir görsünlər? ”

Moderator.az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button