SEPAH bəyanat yaydı

İran İslam İnqilabı Keşikçiləri Korpusu Kermandakı terakta reaksiya verib.
Qüds Şəhidi General Hacı Qasım Süleymaninin ildönümünün zamanı Kerman şəhərində törədilmiş terror cinayəti ölkədə təhlükəsizlik və əmin-amanlığın olmamasını aşılanması və böyük İran xalqının, xüsusilə də gənc nəslin O uca məqamlı şəhidə göstərdiyi məhəbbət və sədaqətinin intiqamını almaq üçün puç və kinli bir addımdır.
Kermandakı dəhşətli terror hadisəsi göstərdi ki, “şəhid Süleymani” düşmənlər üçün “Qasım Süleymani”dən daha təhlükəlidir və onlar müqavimətin bu əfsanəvi siması və İran xalqının qəhrəmanından aldığı məğlubiyyətlərin bədəlini heç zaman ödəyə bilməyəcəklər.Şübhəsiz ki, Əziz Hacı Qasimin məzarı yaxınlığında tökülmüş şəhidlərin pak qanı Süleymani məktəbinin və Qüds şəhidinin amalları ilə yaşayanlara yeni bir tükənməz mənbə olacaq və cinayətkarların qəti və ədalətli şəkildə cəzalandırılması yolunda daha əzmkarlıq bəxş edəcəkdir.