ArxivXəbərlər

“Soyuq müharibə” dövrünün ənənələrinə qayıdır

Rusiyanın Krımı ələ keçirməsindən və Ukraynanın şərq regionlarını ilhaq etmək üçün əməliyyata başlamasından sonra Birləşmiş Ştatlar “soyuq müharibə” dövrünün ənənələrinə qayıdır.

Pentaqon təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək üçün bir sıra Şərqi Avropa və Asiya ölkələrinə öz hərbi hava personalını göndərir. Xəbərdə bildirilir ki, ABŞ Hərbi-Hava Qüvvələrinin personalı artıq Polşa, Sloveniya, Litva, həmçinin Şərqi Avropa və Qərbi Asiyanın onlarla digər ölkəsinin hərbi hava qüvvələrinə aerokosmik terminologiyada, axtarış-xilasetmə əməliyyatının təşkilində, təyyarələrin döyüşə hazır vəziyyətdə saxlanılmasına, hərbi hava bazalarının təhlükəsizliyində və digər məsələlərdə yardım edib. “Yaxın aylarda ABŞ-ın Almaniyanın Ramşteyn əyalətindəki 435-ci hərbi hava bazasının xüsusi təlim keçmiş hava müşavirləri (air advisers) NATO ilə əməkdaşlıq çərçivəsində hava nəqliyyatına nəzarət və hərbi hava bazalarının birgə planlaşdırılması üzrə Azərbaycanla işləməyə başlayacaqlar. Həmçinin onlar hərbi aerodromların idarə olunması və hava məkanın məhdudlaşdırılması məsələlərində Latviyaya kömək edəcəklər” – deyə xəbərdə deyilir. “Amerika hərbçiləri tarixən bunu 1800-ci ildən edirlər. Lakin İraq və Əfqanıstandakı müharibə dayanıqlı qüvvələrə olan tələbatı göstərdi” – deyə baş hərbi hava müşaviri, mayor Con Şerinan bildirib. Avropada hava konsultasiya proqramı 2012-ci ilin avqustundan başlayıb. Amerika hərbi hava bazasının 18 hava müşaviri NATO ilə tərəfdaş ölkələrə kömək etmək üçün tam iş günü işləyirlər. “Onların təyyarə xətlərinin hamısı dəyişib. Hava qüvvələrini gücləndirməyə çalışırlar, əsasən sıfırdan başlayırlar. Biz onlara uzunmüddətli perspektivlər üçün hərbi-hava qüvvələri quruculuğunda kömək edirik” – deyə mayor bildirib. C.Şerinan əlavə edib ki, insanlar hava qüvvələrinə konsultasiyanın münaqişələrin getdiyi regionlarda həyata keçirildiyini düşünür: “Çoxları Avropanı sakit region hesab edir. Ancaq münaqişələr praktiki olaraq xəbərdarlıq etmədən meydana çıxır”. Xatırladaq ki, Krımın Rusiya tərəfindən ilhaqından sonra NATO Azərbaycan da daxil olmaqla bir sıra tərəfdaş ölkələrlə hərbi əməkdaşlığı gücləndirmək planını qəbul edib. Görünür, ABŞ hava müşavirlərinin Azərbaycana göndərilməsi də bu plan çərçivəsində həyata keçiriləcək./Yeni Şərq/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button