ArxivXəbər lentiXəbərlər
Qarabağ barədə iranlı rejisorun çəkdiyi filmin fraqmenti yayılıb

Çəkdiyi filmlərdə daha çox tarixi mövzuları araşdır iranl; rejissorun Möhsün Hadinin çəkdiyi növbəti film Qarabağ haqqındadır. Rejissor deyir ki, uşaqlıqdan Qarabağda baş verənləri diqqətlə izləyib. FaktXəbər-in məlumatına görə, o, bu mövzunu niyə seçməsi barədə danışarkən belə deyib: “Mən müsəlmanam və Qarabağ içimdə bir yaradır. Müharibə zamanı uşaq idim, İran mediasında yayılan xəbərləri gördükcə içim alovlanırdı. O vaxtlar İrandan Qarabağa gedənlər vardı, hər zaman onların xatirələrini dinləyirdim və arzulayırdım ki, kaş mən də böyük olaydım, silah götürəydim. Çox keçmədi ki, böyüdüm və silahımı əlimə götürdüm – yəni kameramı… İranda Qarabağ məsələsinə sadəcə azərbaycanlılar həssas deyillər, millətin əksəriyyəti Qarabağı islam torpağı bilir və onun azad olmasını istəyir.”
Möhsün Hadinin çəkdiyi film “Arazın dayaz günü” adlanır.
|