Ali məktəblərdə imtahan qiyməti 10-15 manat düşüb

Əəməkdaşımız sessiya imtahanları dövründə ali məktəblərdə qiymətlərin pulla yazılması ilə, rüşvətxorluqla bağlı gələn şikayətləri araşdırıb. Məlum olub ki, imtahanlarda rüşvət toplanmasından daha çox Azərbaycan Dövlət Neft Akademiyası, İqtisad Universiteti, Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələri şikayətlənir.
ADNA-nın Elşən adlı II kurs tələbəsi (soyadını təzyiqlərlə üzləşmək qorxusundan demədi-red.) imtahan suallarının çətinliyindən yox, yığılan rüşvətdən “dad vurur”: “Ötən il olduğu kimi bu il də pul tələb edən müəllimlər var. İnsafla danışsaq, bunu hamısı haqda demək olmaz. Amma pulla qiymət yazan müəllimlər var. Söz yox, qiymətlərdə 10-15 manat endirim də var. Məsələn, bizim I kursda 30-40 manata yola verdiyimiz imtahanı indiki I kurs tələbələri 20-30 manatla həll edirlər. Bu endirimin nə ilə bağlı olduğunu bilmirəm. Bu bəlkə də təzə təhsil nazirinin gəlişi ilə bağlıdır. Amma hər halda bu endirimin problemin həllinə aparan yol olmadığı dəqiqdir”.(virtual)