ArxivIslamXəbər lentiXəbərlər

Ayətullah Xamenei: “Zühur Allahın qəti vədəsidir”

İran İslam İnqilabının Ali Dini Lideri İmam Hüseyn (ə) adına Ali Hərbi universitetdə təşkil olunmuş mərasimdə çıxış edib.

İslamazeri.com-un “Khamenei.ir”-ə istinadən verdiyi xəbərə əsasən, sözlərinin əvvəlində İmam Zamanın (ə) mövludu münasibətilə xalqı təbrik edən Ayətullah uzma Xamenei bildirib: “Zühura inananlar heç vaxt ümidsiz olmazlar və zülmətlərdən sonra günün doğacağına inanarlar. Bu Allahın qəti vədəsidir. İntizar səbirsizlik etmək deyil, daim hazır vəziyyətdə olmaqdır. Müntəzir özünü elə islah etməlidir ki, O Həzrətin (ə) qəlbini şad etsin.”

Ölkənin iqtidarına səbəb amilləri sayan Ayətullah uzma Xamenei bildirib: “Düşmənlər daim bizim iqtidarımıza kin və düşmənçiliklə baxıblar. İnqilabın keşikçiləri (SEPAH) bu iqtidara səbəb olan amillərdəndir. Elə bu səbəbdəndir ki, onların bu orduya qarşı beynəlxalq arenada qəzəb və narahatçılıqlarının şahidi oluruq. İqtidarımıza səbəb olan digər amil isə elm və elmi inkişafımızdır. Elə buna görə, onlar öz muzdlu casuslarını yollayaraq, alimlərimizi terror edir. Güclü və müstəqil iqtisad da bu amillərdən biridir. Bunun da qarşısını müxtəlif sanksiyalarla almaq niyyətindərlər. Ey kaş ölkənin mömin iqtisadçıları düşmənin addımları önündə müxtəlif tədbirləri xalqımıza çatdırardılar. İqtidarımıza səbəb olan növbəti amil isə hərbi qüdrətdir. Ölkəmizin istehsal etdiyi raketlərlə bağlı müxtəlif qalmaqallar yaratmaları da bunun qarşısını almaq və bu məsələyə bəslədikləri kin-küdurət üçündür. Bizim raketlərimiz var və bu raketlər çox dəqiqdir. İstədiyimiz hədəfləri, uzun məsafədə olsalar da nişan ala bilir. Bu qüdrətimizi qoruyacaq və hətta artıracağıq.”

İqtidarın növbəti amilinin “fədakar hərbi ünsürlərlərin mövcudluğu” olaraq sayan Ali Dini Lider “Cavanların iman, həya və əxlaqı, xalqın müqavimət və cihad ruhiyyəsi iqtidara səbəb olan digər amillərdəndir. Onlar bu ruhiyyəni zorakılıq və ifratçılıq kimi qələmə verirlər. Təhlükəsizlik sistemləri də bu amillərdən biridir. Təhlükəsizlik məsələsi hər ölkəyə lazım olan ən mühüm məsələdir. Təhlüksəzlik olmazsa elmi və iqtisadi inkişafdan da söz gedə bilməz. Müqavimət dövləti olmaq da bu iqtidara səbəb olan amillərdəndir. Müqavimət dövləti yəni təhdidlərə təslim olmamaq və müqabilində durmaq. Müqavimət dövləti daim imperialist qüvvələr və onların nökərləri tərəfindən hədəfə alınmışdır. Müqavimət dövləti nə ölkələri istismar edir, nə də müdafiə və sakit vəziyyətdə olur. Bəziləri elə düşünür ki, beynəlxalq arenada və bölgədə qüdrət ardıyca olmadığımızı sübuta yetirmək üçün müdafiə halında olmalıyıq. Bu təfəkkür yanlışdır. Müqavimət dövlətinin mövqeyi “qüdrətlə qarşısını almaq” və “qarşını almaqda iqtidara sahib olmaq”dır. İran İslam Respublikası keçmişdə olduğu kimi, öz istedadlarına söykənərək, əzm və iradəylə bu yolu davam etdirir. Düşmənlər bilməlidir ki, əgər ölkəmizə hücum etmək barədə düşünsələr, ciddi cavabla üzləşəcəklər. Öncələr də dediyim kimi, vurub qaçmaq dövrü sona çatıb. Onlar savaşı başlada bilərlər, lakin sonlandıran olmayacaqlar.”. -deyə əlavə edib.

Düşmənin qısa, orta və uzun müddətli planının olduğunu deyən Ayətullah uzma Xamenei deyib: “Onların qısa müddətli planları ölkənin təhlükəsizliyini pozmaq və ölkədə fitnə və qarşıdurma yaratmaqdır. Ölkədə olan təhlükəsizlik fəxr olunasıdır və bunu xalqımıza və ürəyi yanan və ayıq məmurlarımıza borcluyuq.”

Xalqın iqtisadi və məişət mövzusunu düşmənin orta müddətli planına aid edən inqilab rəhbəri bildirib: “Düşmənlərin planına əsasən, ölkənin iqtisadiyyatı hərəkətdən qalmalı və məişəti ləngiməli, iş və istehsal inkişaf etməməli, işsizlik də ümumi bir bəla kimi ölkəyə yayılmalıdır. Onlar bu işlərlə xalqı inqilabdan ümidsizləşdirmək istəyirlər. Düşmənin bu hədəfinin qarşısında dayanmaq üçün ilin şüarına, müqavimət iqtisadiyyatının siyasətlərinə, iş yerləri yaratmaq və milli istehsala güc verməyə diqqət etmək lazımdır. Bu yol qət olunarsa düşmən öz hədəfinə çatmayacaqdır. Düşmənin uzun müddətli planı isə İslam Respublikasını aradan aparmaqdır. Bu məsələ inqilabın ilk günlərindəki kimi etiraf olunmur. Onlar bu barədə rəftarlarını dəyişiblər.”

Ölkədə keçiriləcək prezident seçkilərinə işarə edən Ayətullah uzma Xamenei seçkilərin neqativ və pozitiv təsirlərindən söz açıb. O bildirib ki, seçkilər həm xeyirə, abır qazanmağa səbəb ola bilər, həm də zəiflik və problemlərin icad olmasına.

“Əgər xalq bu seçkilərdə iştirak etsə və bu iştirak səliqəli, əxlaqlı, islami və qanuni məsələlərə diqqət olunaraq baş versə şübhəsiz ki, inkişaf və izzətə səbəb olacaqdır. Lakin əgər seçkilərdə qanun pozuntusu və əxlaqsızlıq qeydə alınsa və öz sözlərimizlə düşmənə ümid versək bu seçkilər bizim ziyanımıza olacaqdır. Ölkəmiz seçkilərin keçirilməsində 38 illik təcrübəyə sahibdir, müxtəlif fikir və vəsvəsələrlə tanışdır”, deyən Ayətullah Xamenei daha sonra prezidentliyə namizədlrə tövsiyələrini bildirib.

O deyib: “Mənim möhtərəm namizədlərə bir neçə tövsiyəm var. Birincisi budur ki, öz sözlərində və proqramlarında açıq olaraq desinlər: xalqın iqtiasdi və məişət məsələləri onların ilkin vəzifələridir və bu problemlərin həlli üçün səy göstərəcəklər. İkinci tövsiyəm isə “milli müstəqillik və xalqımızın əzəmət və başıucalığı” məsələsini vurğulamalarıdır. İran xalqı başıuca və inqilab ruhiyyəli bir xalqdır və düşmənlər müqabilində təslim və başıaşağı olmamalıdır. Namizədlər açıq olaraq göstərməlidirlər ki, ABŞ və İsrail önündə qətiyyətlə durublar. Namizədlər ölkədə ideoloji, coğrafi, dil və tayfaçılıq məsələlərinin təhrik olunmasında diqqətli olmalıdırlar. Namizədlər diqqətli olmalıdırlar ki, düşmənin yarımçıq işini təkmilləşdirməsinlər. Seçkilərdə ölkənin təhlükəsizliyinin əleyhinə addım atacaq olan şəxs möhkəm sillə və reaksiya ilə üzləşəcək. Düşmən 8 il öncə axmaqlıq etdi və İranı, bir neçə milyon dollarla qarşıdurma yaratdıqları ölkələrlə səhv saldı. Onların bu axmaqlığının nəticəsi xalqın iradə və əzminin möhkəmlənməsi oldu.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button