ArxivmədəniyyatSONXƏBƏRLƏRXəbər lentiXəbərlər
Uşaq evindən şikayət edən uşağı dəlixanaya saldılar

Bakı şəhəri, Xətai rayonunda yerləşən 3 saylı uşaq evinin yeniyetmə sakini Məhəmməd Hacıyevin videosu sosial şəbəkələrdə yayıldıqdan sonra onu dəlixanaya salıblar.
Qafqaz Həqiqətləri xəbər verir ki, Məhəmməd Hacıyev kimsəsizlər evində baş verən qanunsuzluqları, onlara ayrılan ərzaqların keyfiyyətsizliyini və oğurlanmasını dilə gətirib.
16 yaşlı Məhəmmədin şikayətinə baxanlar 3 saylı uşaq evinin müdirəsi Məhbubə Hüseynovanın cəzalanacağını gözləsələr də tam əksi baş verib. Belə ki, müdirənin polisə şikayətinə əsasən, M.Hacıyev Maştağadakı 1 nömrəli Psixiatriya Xəstəxanasına yerləşdiriblər.
qafqaz.ir/az