USTAD ŞƏHRİYARIN HZ. ƏLİ (Ə) HAQQINDA YAZDIĞI ŞEİR.

Şeirin əsli farscadır. Bu onun tərcüməsidir. Aşağıdakı videoda onun əslini məşhur məddah Məhəmməd Esfahani oxuyur
Əli, Ey humayi rəhmət, ələm eyləyən Xudanı
O huma ki, sayəsində edər hifz masəvanı
Könül, istəsən Xudanı biləsən, Əlini yad et
Tanıdım Əlini vallah, tanıdım o dəm Xudanı
İki dünyada fənadan bir əsər belə tapılmaz
Əgər öz əlinə alsa Əli çeşmeyi bəqanı
Su çilə doyunca rəhmət buludu ki, bu cəhənnəm
Qəzəb atəşində yoxsa külə döndərər cahanı
Gedib ey yazıq dilənçi qapısını döy Əlinin
Ki, üzük verib şah eylər kərəmilə hər gədanı
Əlidən savayı kimdən hələbir uşaq doğulmuş
Ki, tanıtdıra cahanda şühədayi Kərbəlanı
Edər əhdi dosta qurban verə var-yoxunu dostlar
Fəqət hansı dost Əli tək edər əhdinə vəfanı
Deyə bilmərəm Xudadır, bəşər ad verəm xətadır
Çağırım nə adla bilməm şəhi mülki lafətanı
Qan axır iki gözümdən, tələs, ey nəsimi-rəhmət
Onun astanından al, gəl mənə xaki tutiyanı
O ümidlə ki, ayağın tozunu ziyarət etsin
Qapına ürək sözümlə yola salmışam səbanı
Sən Əli, qəzasovansan, bizi dinlə binəvayıq
Uzaq eylə canımızdan kərəminlə hər qəzanı
Onun eşqi ilə ney tək necə mən gəlim fəğanə
Ki, lisani qeybi xoşdur edə vird bu nəvanı
Gecə sübhətək ümidim bunadır səhər nəsimi
Verə aşina həyamı, edə şad aşinanı
Qulaq as gecə o “Ya həqq” quşuna ki, Şəhriyara
Biləsən nə xoşdur açmaq gecə dosta macəranı